"Axmaq səhv ucbatından qol buraxdıq"

7 Mart 2020 20:11 Sabah 853
"Axmaq səhv ucbatından qol buraxdıq"

"Neftçi"nin qapıçısının səhhətində yaranan problemə görə, ona şəfa diləyirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının XX turunda "Neftçi"yə 0:4 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra deyib.

Matçın ardından "CBC Sport"a açıqlama verən xorvatiyalı mütəxəssis oyunu belə dəyərləndirib: "Rəqibin ilk zərbəsindən sonra qapımızda qol gördük.

Birinci qolda oyunçunun keyfiyyəti öz sözünü dedi. İkinci topa gəlincə, bilirdik ki, "Neftçi" standart vəziyyətdən fərqlənə bilir. Bunun üzərində işləmişdik. Amma axmaq səhv ucbatından qol buraxdıq.

0:2-dən sonra klassik oyun oldu. Rəqibin Dabo kimi keyfiyyətli oyunçuları var. Onlara qarşı çıxış etmək çətindir. Yenə də uşaqlar əllərindən gələni etməyə çalışdılar".

Sopiç 4 qol buraxmalarını müdafiəçilərin zəif çıxışı ilə əlaqələndirməyib: "Oyunu təhlil edəcəyik, səhvlərimizi görəcəyik. İnanıram ki, bu təhlildən sonra səhvlərimizdən nəticə çıxaracağıq və növbəti turda hər şey yaxşı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı