"Özümə qarşı inamsızlıq hiss etmirəm" - Albaniyadakı legionerimiz

27 Noyabr 2019 23:25 Sabah 942
"Özümə qarşı inamsızlıq hiss etmirəm" - Albaniyadakı legionerimiz

Albaniyada "Biliş" klubunun formasını geyinən Eltun Turabov Sportinfo.az saytına müsahibə verib:

- Son turlarda "Kukesi" və "Skenderbeu"ya uduzdunuz. Son iki oyundakı uğursuzluğu nə ilə əlaqələndirirsən?
- Xüsusi bir səbəbi yoxdur. Əvvəlki oyunlara necə hazırlaşırdıqsa, son oyunlara da elə hazırlaşırıq. Sadəcə, rəqiblərimiz bizi artıq daha da ciddiyə alır. Məsələ budur.

- Albaniyada ilk altı turda daim əsas heyətdə meydana çıxmışdın. Amma sonradan oynamadın. Nə ilə bağlı idi?
- Zədələndiyim vaxta kimi komandanın əsas heyət üzvü idim. Amma zədələndikdən sonra formaya düşmək vaxt aldı. Amma əlimdən gələni edirəm ki, əsas heyətdəki yerimi qaytarım.

- Düşünmürsən ki, bəlkə də baş məşqçinin sənə olan inamı azalıb?
- Xeyr, mən belə olduğunu düşünmürəm. Əsas heyətdən kənarda qalmağım sırf zədə ilə bağlıdır. Özümə qarşı inamsızlıq hiss etmirəm. Dediyim kimi əlimdən gələni edəcəm ki, heyətdəki yerimi qaytarım.

- Hazırda "Biliş" 3-cü pillədədir. Yəqin ki, komandanın əsas məqsədi avrokuboklara vəsiqə qazanmaqdır? Səncə, bunu bacara biləcəksiniz?
- Mövsümün əvvəlindəki kimi nəticələr qazanmağa başlasaq, ola bilər.

- Albaniyada oynamaq sənə nə qazandırdı?
Təcrübə baxımından çox kömək oldu. Hər halda fərqli ölkənin futboluyla tanışlıq istənilən halda yaxşı təcrübədir. Amma heç bir klubdan təklif almamışam.

- Qışda Azərbaycana qayıtmağı planlaşdırırsan, yoxsa Albaniyada qalmaq niyyətindəsən?
- Hazırda "Biliş"in uğurları üçüm çalışıram. Buna görə də bu haqda hələ ki, düşünmürəm. Hazırda yalnız komandaçın oyunlarına köklənmişəm.

- "Biliş"in sənin transfer hüququna yiyələnmək planı var?
- Bəli, müqavilə ilə "Sabah"a məxsusam. "Biliş" mənim transfer hüququma yiyələnmək istəyir ya, yox bu barədə məlumatsızam.

- Azərbaycan Premyer Liqası kənardan necə görünür?
- Məncə, Azərbaycan çempionatı maraqlı keçir. Bir neçə komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır.

- "Sabah"ın hazırda turnir cədvəlinin altıncı pilləsində olmasına necə şərh verərdin?
- Hələ çempionatın ilk dövrəsi bitməyib. Əlbəttə ki, "Sabah"ın dəyişiklik etmək şansı çoxdur. Bu komandanın böyük potensialı var.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!