COP29

İsrailin tanınmış klubu Azərbaycandan transfer edəcək?

1 Mart 14:20 Sabah 1 115
İsrailin tanınmış klubu Azərbaycandan transfer edəcək?

“Sabah”ın legioneri Kahim Parris mövsümün sonunda İsrail klubuna keçə bilər.

Sportinfo.az-ın “ua-football.com” saytına istinadən məlumatına görə, Təl-Əviv “Makkabi”si yamaykalı vingerin xidmətində maraqlıdır.

"Sabah"da icarə əsasında çıxış edən 24 yaşlı hücumameyilli oyunçu müqavilə ilə Kiyev “Dinamo”suna məxsusdur. “Makkabi” rəhbərliyi transfer üçün kiyevlilərlə danışıq aparmağı planlaşdırır.

Kahim Parris cari mövsüm “Sabah”ın heyətində 21 oyun keçirib, 2 qol vurub. Onun “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"