"Sabah" istədi, Rusiyadakı azərbaycanlı bura gəlmədi

15 İyun 08:50 Sabah 1 222
"Sabah" istədi, Rusiyadakı azərbaycanlı bura gəlmədi

"Sabah" yay transfer pəncərəsi zamanı heyətini İslam İmamovla gücləndirmək istəyib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Azərbaycan çempionu Rusiyada çıxış edən əslən Azərbaycandan olan qolkiperlə danışıq aparıb.

Son olaraq "SKA-Xabarovsk"un qapısını qorumuş İmamov "Sabah"dan təklifi qəbul edib və bir müddət tərəflər arasında danışıq gedib.

Lakin sonda İslamın "Sabah"a keçidi baş tutmayıb. Buna səbəb də, tərəflərin bütün detallarda anlaşa bilməməsidir.

25 yaşlı qapıçı "Legion Dinamo" və "Kuban Holdinq"inn qapısını qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama