“Təlaşda idik” - Deyir, o qolu mən vurmuşam

13:40 Sabah 136
“Təlaşda idik” - Deyir, o qolu mən vurmuşam

Onlar bizdən reytinqdə aşağıda olsalar da, yaxşı futbol sərgilədilər”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov deyib.

O, Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda San Marino üzərində 2:1 hesablı qələbə haqda ədən sonra fikirlərini bölüşüb.

Müsahib matçın gərgin keçdiyini vurğulayaraq komandanın oyuna müəyyən təzyiq altında başladığını bildirib:

“Şükür ki, qələbə qazandıq. Oyun başlayandan təlaşda idik. Malta ilə oyundan sonra uduzmaqdan qorxurduq. Həm də təlim-məşq toplanışı ağır keçmişdi, mövsümün sonu idi”.

R.Daşdəmirov rəqib komandanın reytinqdə aşağı pillələrdə qərarlaşmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirdiyini qeyd edib.

Müdafiəçi vurulan qolla bağlı da danışıb:

“Həmin epizodu tam incələmək lazımdır. Mənim fikrimcə, qolu mən vurmuşam, Renatın fikrincə isə o vurub. Bir dəfə də qol vurmağa yaxın oldum, top başıma sürtünüb keçdi”.

Milli komandanın qarşıdakı Millətlər Liqasına hazırlığı barədə danışan futbolçu nikbin olduğunu bildirib:

“Komandanın Millətlər Liqasına hazır olacağına inanırıq. Mənim də ümidim böyükdür. İnşallah, daha yaxşı hazırlaşıb daha yaxşı nəticələr qazanacağıq.

Buna inanmaq və meydanda yaxşı oynamaq lazımdır. İnanıram ki, yaxşı da oynayacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti