"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə 3+1 illik müqavilə bağlanıb.
Gənc futbolçunun keçidinə Afrika qitəsindən fantastik reaksiya gəlib.
Bəlkə də klub tarixinin rekordu qırılıb.
Sosial şəbəkə hesabından onunla bağlı yayımlanan posta 70 mindən artıq bəyənmə gəlib.
6 mindən artıq şərh yazılıb.
Əksəriyyəti oyunçunun sabiq klubu olan “Kayzer Çifs”in fanatlarıdır.
Mərkəz müdafiəçisi adıçəkilən klubun həm də yetirməsidir.
Afrikalı futbolsevərlər 22 yaşlı oyunçu barədə ağızdolusu tərif yağdırıblar.
Çoxsaylı şərhlərdən bəzilərini sizə təqdim edirik:
"Kapitanlıq sarğısını indidən ona verin".
"Qapıçılarınız artıq indidən təqaüdə çıxa bilər".
"O gəldisə, qapıçınız evdən işləyə bilər".
"Onun qədrini bilin".
"Heç bir hücumçu onu keçə bilməz".
"Təkcə Adeni yox, azarkeşlərini də almısınız".
"Bizim rəqibimiz "Qarabağ" idi?(gülüş).
"Biz onu Ramos adlandırırıq".
XANOĞLAN/ SPORTİNFO.AZ

