Nəhayət, bu mövsüm “Sabah”ın sabahı xeyirə açıldı.
Yaranmasının 9-cu ilində əsas komanda ilk dəfə Azərbaycan çempionluğunu qazandı.
Masazır təmsilçisi bu uğura doğru addım-addım gəlirdi.,.
Premyer Liqada 1 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanmış “Sabah” ötən mövsüm Azərbaycan Kubokunu başı üzərinə qaldırmaqla ilk titulu öz muzeyinə aparmışdı.
Ötən yay baş məşqçi postuna gətirilən Valdas Dambrauskasla isə “Sabah” həm kubok, həm çempionluğu qazanmaqla “qızıl dubl” etdi.
Hərçənd mövsümün startı onlar ucun o qədər də könülaçıcı deyildi: İlk 5 turda “İmişli”yə məğlubiyyət, özündə olmayan “Neftci” və “Sumqayıt”la heç-heçələr və iki qələbə.
Damdauskasın ordusu tədricən sürət yığmağa başladı.
Çempionlar Liqasının gərginliyi, yorğunluğu altında sıxılan “Qarabağ”ın ara-sıra xal itkiləri də bir tərəfdən işə yaradı. Dekabrən 18-də I turdan təxirə salınan oyun isə qış çempionunu müəyyənləşdirdi.
“Sabah” bu matçda “Qarabağ”ı 2:1 hesabıyla məğlub edərək, zirvəni ələ keçirdi və mövsümün sonunadək bir daha oradan enmədi.
“Sabah” “Qarabağ”dan bu mövsüm üstün olduğunu təkcə bu qələbəylə deyil, sonrakı iki çempionat və iki kubok görüşündə də isbatladı - 2 qalibiyyət, 2 hec-hecə.
Ümumilikdə, “Sabah”ın “Qarabağ” qarşısında məğlubiyyətsiz oyunlar seriyası 9 matça çatdı. Bütün bunlardan sonra “Sabah”ı dartaraq çempion etdilər”, “Sabah”a hakimlər kömək etdi” demək üçün ya gözün kor olmalıdır, ya vicdanın.
Bəli, “Sabah”ın xeyrinə hakim səhvləri oldu. Amma “Sabah”ın əleyhinə də hakim qərarları gördük.
Ümumiyyətlə, hakim səhvlərindən bu mövsüm bir çox klub zərər çəkdi, haqları yeyildi.
İllərlə deyirdik ki, çempionatımız rəqabətsizdir, “Qarabağ” bir ayaqla çempion olur, layiqli rəqiblər olmalıdır,
Buyurun, bu da layiqli rəqib! Mövsümün ən çox qalib gələn. ən az uduzan, ən çox qol vuran. ən az top buraxan və ən yaxın izləyicisi - “Qarabağ” kimi Azərbaycan futbolunun brendini 9 xal qabaqlayan - “Sabah”.
Əsas rəqibi “Qarabağ”a ardıcıl 9 oyun uduzmayan bir komandanın sadəcə əlini sıxıb, təbrik etmək lazımdır, daha çempionluğuna kölgə salmaq yox.
Çempionun 33 oyunda vurduğu 75 qolun 40 faizi 2 futbolçu - Coy Lens Mikels və Velko Simiçin hesabındadır. Həqiqətən möhtəşəm mövsüm keçirdilər.
“Sivasspor”dan icarəyə görtülən Simiç, eləcə də Almaniyadan - “Holştayn Kiel”dən “Sabah”da icarə əsasında oynayan Timoteuş Puxaç mövsümün ən yaxşılarındandır.
“Sabah” tam doğru olaraq hər iki futbolçunun transfer hüququnu mövsüm bitincə aldı, Simiçlə 2, Puxaçla 3 illik müqavilə imzaladı.
Kapitan Amin Seydiyev, Pavol Şafranko və Cesse Sekidikanın klubda ayırlması da artıq dəqiqləşib, Əsas odur ki, “Sabah” çempion heyətinin özəyini avrokuboklar üçün qoruyub saxlayıb.
“Sabah” həm də idman prinsiplərinə hörmətlə yanaşdı. Bəziləri çempionluq qazanan komandanın kubokun finalında “Zirə”yə güzəştə gedəcəyini gözləsə də, Dambrauskasın komandası buna yol vermədi.
“Zirə” üzərində finaldakı qələbə “Neftçi”nin Avropaya yolunu açdı.
“Neftci” ilə oyunlarda trbunalarda Lalə Məmmədovanın “Bu şəhər ikimizə dar” manhısı ilə rəqibə replika atan “Sabah” bu dəfə onların avrokuboklara vəsiqə qazanmasında mühüm rol oynamaqla sanki mahnının yeni versiyasını yaratdı: “Bu şəhər ikimizə dar, Avropada isə yerimiz var”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

