Azərbaycan klubu CAR millisinin müdafiəçisini transfer etdi

10 İyun 00:40 Sabah 1 181
Azərbaycan klubu CAR millisinin müdafiəçisini transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi cənubi afrikalı Eyden Makkarti ilə müqavilə imzalayıb.

22 yaşlı legionerlə 3+1 illik sözləşmə bağlanıb. Mərkəz müdafiəçisi Cənubi Afrika Respublikasından - “Kayzer Çifs”dən transfer edilib.

Makkarti “Kayzer Çifs”in yetirməsidir. Həmçinin CAR-ın U-23 millisinin də üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM