Bu qədər bizdə oynadın, daha bəsdir, di get! - RƏSMİ SAĞOLLAŞMA

4 İyun 16:20 Sabah 996
Bu qədər bizdə oynadın, daha bəsdir, di get! - RƏSMİ SAĞOLLAŞMA

"Sabah” uzun müddətdir komandada çıxış edən Amin Seydiyevlə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi uzadılmayıb.

Komandanın kapitanı 2020-ci ildən “Sabah”da çıxış edirdi. O, bu müddət ərzində 186 oyunda forma geyinib, 7 qola imza atıb. Amin həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

“Sabah” heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanan Amin Seydiyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM