Ölkə çempionu bu transferi reallaşdırmaq üçün… SON DƏQİQƏ

15:00 Sabah 326
Ölkə çempionu bu transferi reallaşdırmaq üçün… SON DƏQİQƏ

“Sabah” tezliklə heyətini Cənubi Afrika Respublikasından (CAR) olan müdafiəçi Eyden Makkarti ilə gücləndirə bilər.

Bu haqda «iDiski Times» məlumat yayıb.

Onların yaydığı xəbərə görə, Azərbaycan klubu artıq “Kayzer Çifs”in 22 yaşlı mərkəz müdafiəçisi ilə razılığa gəlib.

Mənbənin məlumatına görə, oyunçunun transferi başa çatdırmaq və müqavilə imzalamaq üçün tezliklə Bakıya gələcəyi gözlənilir. Müqavilənin üç illik olması və daha 1 mövsüm üçün uzadılması gözlənilir.

“Sabah” rəhbərliyi Makkartiyə yeni mövsüm və avrokubok kampaniyası öncəsi müdafiənin gücləndiricisi kimi baxır.

Ötən mövsüm müdafiəçi “Kayzer Çifs”də bütün yarışlarda 31 oyun keçirib və iki qol vurub.

Redaksiyamızın əldə etdiyi informasiyaya görə, afrikalı legioner gerçəkdən Premyer Liqanın yeni çempionunun transfer siyahısında yer alıb.

Makkartinin menecerinin ilə görüşmələrin əsas hissəsi artıq arxada qalıb. Onun Azərbaycana gəlmək ehtimalı realdır.

Sadəcə, maddi öhdəliklərlə bağlı bəzi detallar qalıb, onlar da razılaşdırılsa, «bayquşlar» münasibətləri rəsmiləşdirəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti