“Sabah” Çempionlar Liqasına hara hazırlaşacaq?

4 İyun 00:50 Sabah 904
“Sabah” Çempionlar Liqasına hara hazırlaşacaq?

Azərbaycan Premyer Liqasının qalibi olan “Sabah” Çempionlar Liqasının hazırlıqlarına iyunun 17-də start verəcək.

İSportinfo.az xəbər verir ki, komanda təlim-məşq toplanışının ilk mərhələsini Avstriyada keçəcək.

İki həftəlik hazırlıq çərçivəsində bir neçə yoxlama matçı nəzərdə tutulub. Rəqiblərin adları daha sonra açıqlanacaq.

Premyer Liqada çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanaraq mövsümü “qızıl dubl”la başa vurub.

Komanda Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM