Bakı klubu aldığı 3 təklifə "yox" dedi - O, bəyəndiyi üçün

3 İyun 21:00 Sabah 968
Bakı klubu aldığı 3 təklifə "yox" dedi - O, bəyəndiyi üçün

"Sabah"ın yarımmüdafiəçisi Rauf Rüstəmliyə 3 Premyer Liqa təmsilçisi elçi düşüb.

Söhbət onun sabiq komandası "Şamaxı", "Kəpəz" və "İmişli"dən gedir.

Hər üç elita klubu yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Amma "tələbələr" oyunçuya görə gələn bütün təklifləri geri çevirib.

Bu da səbəbsiz deyil.

Baş məşqçi Valdas Dambrauskas 22 yaşlı futbolçunu bəyənir.

Onun yay təlim-məşq toplanışında iştirakının vacib olduğunu rəsmilərə çatdırıb.

Millimizin də şərəfini qorumuş orta sahə oyunçusu başa çatan mövsümün ilk yarısını "Sumqayıt"da, ikinci yarısını isə "Karvan-Yevlax"da keçirib.

Meydana çıxdığı 26 matçda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR