"Sabah"ın oyunçusu “qara xəbər” aldı - DÇ-2026-ya aparılmadı

02:00 Sabah 73
"Sabah"ın oyunçusu “qara xəbər” aldı - DÇ-2026-ya aparılmadı

Özbəkistan Futbol Assosiasiyası 2026-cı il dünya çempionatı üçün millinin yekun heyətini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Fabio Kannavaronun 26 nəfərlik siyahısında "Sabah"ın yarımmüdafiəçisi Umarali Rahmonaliyevin adı yoxdur.

Onun adı 30 nəfərlik geniş heyətdə var idi.

"Sabah"la Azərbaycan çempionu və kubokunun qalibi olan 22 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini edib.

Özbəkistan millisi dünya çempionatının qrup mərhələsində Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti