“Sabah” Futbol Akademiyasının bölgələrdə təşkil etdiyi seçmələr davam edir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, növbəti seçmələr Qusar rayonundakı “Metak Arena”da, 2011-2015-ci il təvəllüdlü uşaqlar arasında təşkil olunub.
30-31 may tarixlərində baş tutan seleksiya məşqlərində 700-ə yaxın uşaq iştirak edib.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində keçirilən seçmələrin nəticələrinə əsasən, 35 uşaq Bakıda təşkil olunacaq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
“Sabah” Futbol Akademiyası bundan əvvəl Zaqatala rayonunda da seçmələr həyata keçirib.




















