Azərbaycan çempionu pul vermədi, birdəfəlik transfer etdi

2 İyun 00:30 Sabah 1 084
Azərbaycan çempionu pul vermədi, birdəfəlik transfer etdi

“Sabah” Velko Simiçlə yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Serbiyalı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2 ildir.

Simiç “Sabah”la yeni müqaviləni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.

Velko ötən ilin avqust ayında Türkiyənin “Sivasspor” klubundan icarə əsasında “Sabah”a qoşulub. O, komandanın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.

Simiç son mövsümdə “Sabah”ın heyətində Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM