“Sabah”ın müdafiəçisinə iki təklif birdən gəldi

16:40 Sabah 287
“Sabah”ın müdafiəçisinə iki təklif birdən gəldi

Abdulla Rzayevin gələcəyi qeyri-müəyyəndir.

Başa çatan mövsümün ikinci yarısını “Şamaxı”da keçirən 24 yaşlı cinah müdafiəçisi bölgə təmsilçisini tərk edib.

O, müqavilə ilə məxsus olduğu “Sabah”a qayıdaraq yay təlim-məşq toplanışında iştirak edəcək.

Valdas Dambrauskas Rzayevin komandaya nə dərəcədə faydalı olacağını bilmək üçün onu Avstriya toplanışına aparacaq.

Lakin Abdullanın “Sabah”da şans qazanmaq şansı yox dərəcəsində azdır.

Onun oynadığı cinahda Akim Zedadka yer alır ki, Əlcəzairdən olan əcnəbinin əsas heyətin dəyişməz üzvü hesab olunur.

“Tələbələr” avrokubokların qrup mərhələsinə vəsiqə qazanacağı halda, daxili yarışlarda Abdullanın üzünə qapılar açıla bilər.

Dambrauskas da buna görə işini ehtiyatlı tutur. Avropada hədəfə çatmaq mümkün olsa, milliyə də dəvət alan müdafiəçini saxlayacaq.

Rzayevin “elçiləri qapıdadır”.

“Araz-Naxçıvan”la “Qəbələ” onu heyətinə qatmaqda israrlıdır. Səbəbkarın özü də başqa komandada daim oynamaq niyyətindədir.

Müqavilə ilə “Sabah”a məxsus olması və toplanışa aparılması hər iki klubu gözləmə mövqeyini tutmağa məcbur edir.

Odur ki, həm Abdulla, həm də naxçıvanlılarla qəbələlilər bir müddət gözləməlidir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti