“Sabah” - YENİ AĞA

12:40 Sabah 211
“Sabah” - YENİ AĞA

“Sabah” Misli Premyer Liqasının geridə qalan mövsümündə hər üç dövrəni turnir cədvəlinin 1-ci pilləsində başa vurub.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi bu dövrələrdə müvafiq olaraq 24, 29 və 25 xal toplayıb.

“Qarabağ” və “Turan Tovuz” da başdan sona qədər 2-ci və 3-cü pillələrdə qərarlaşıblar. Diqqətçəkən məqam odur ki, avrokuboklara vəsiqə verən sonuncu – 4-cü yeri hər dövrədə bir komanda tutub.

Birinci dövrəni 20 xalla “Sumqayıt” bu sırada bitirib. 22 turun yekununda “Zirə” 38 xalla 4-cü olub. Lakin mövsümü 59 xalla həmin yerdə yekunlaşdıran “Neftçi” Konfrans Liqasına yollanan tərəf olub.

“Araz-Naxçıvan” hər üç dövrəni 6-cı, “Şamaxı” 8-ci, “İmişli” isə 9-cu pillədə tamamlayıb.

11 turluq ilk periodun sonunda axırıncı sırada “Kəpəz” qərarlaşırdı. Lakin gəncəlilər yekunda 10-cu yeri tutaraq elitadakı mövqeyini qoruyub.

Əvəzində son iki dövrədə 12-ci olan “Karvan-Yevlax” Premyer Liqa ilə vidalaşıb (futbolinfo).

I Dövrə

# Komanda O Q B M Top Xal
1 Sabah 11 7 3 1 18-7 24
2 Qarabağ 11 7 2 2 18-5 23
3 Turan Tovuz 11 7 1 3 15-8 22
4 Sumqayıt 11 6 2 3 18-11 20
5 Zirə 11 5 5 1 18-12 20
6 Araz-Naxçıvan 11 5 4 2 18-17 19
7 Neftçi 11 3 6 2 14-9 15
8 Şamaxı 11 3 4 4 12-13 13
9 İmişli 11 3 3 5 10-12 12
10 Qəbələ 11 1 2 8 8-16 5
11 Karvan-Yevlax 11 1 2 8 9-24 5
12 Kəpəz 11 1 0 10 8-32 3

II Dövrə

# Komanda O Q B M Top Xal
1 Sabah 22 16 5 1 45-15 53
2 Qarabağ 22 14 4 4 40-18 46
3 Turan Tovuz 22 12 5 5 27-14 41
4 Zirə 22 10 8 4 29-22 38
5 Neftçi 22 8 10 4 32-21 34
6 Araz-Naxçıvan 22 9 6 7 31-36 33
7 Sumqayıt 22 9 4 9 31-30 31
8 Şamaxı 22 6 8 8 23-26 26
9 İmişli 22 4 9 9 18-25 21
10 Kəpəz 22 5 1 16 17-45 16
11 Qəbələ 22 4 4 14 19-29 16
12 Karvan-Yevlax 22 1 4 17 14-45 7

III Dövrə

# Komanda O Q B M Top Xal
1 Sabah 33 24 6 3 75-25 78
2 Qarabağ 33 21 6 6 71-27 69
3 Turan Tovuz 33 17 8 8 44-27 59
4 Neftçi 33 16 11 6 57-32 59
5 Zirə 33 13 14 6 43-36 53
6 Araz-Naxçıvan 33 13 7 13 44-58 46
7 Sumqayıt 33 12 5 16 45-49 41
8 Şamaxı 33 9 11 13 31-40 38
9 İmişli 33 7 13 13 23-43 34
10 Kəpəz 33 8 3 22 25-61 27
11 Qəbələ 33 7 6 20 32-49 27
12 Karvan-Yevlax 33 3 6 24 23-66 15
Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti