2026-cı ilin ilk yarısı bütün istiqamətlər üzrə “Sabah” üçün uğurlu alındı.
Klub iştirak etdiyi əksər turnirləri ilk sırada bitirdi.
Əsas komanda tarixində ilk dəfə Premyer Liqanın çempionu oldu, ölkə kubokunu ardıcıl ikinci dəfə qazandı. Əvəzedicilər Liqasını da birinci pillədə başa vurdular.
Uşaq ftubolunda da «bayquşlar»ın səsi yuxarıdan gəlir. Bir çox yaş qruplarında «Sabah»ın hegemonluğunu görməkdəyik.
Əlbəttə, nəticələrə haradan baxsaq, klbunun akademiyasının uğurlu fəaliyyəti xüsusi qeyd olunmalıdır. Lakin yerli futbolçuların inkişafı baxımından legioner limiti məsələsi yenidən nəzərdən keçirilməlidir.
Düşünürəm ki, «Sabah»a bağlı şəxslər - AFFA İcraiyyə Komitəsində təmsil olunan Maqsud Adıgözəlov və Balakişi Qasımov bu məsələni gündəmə gətirməlidirlər.
Mən legioner limitinin tam əleyhinə deyiləm. Sadəcə, sistem elə qurulmalıdır ki, həm keyfiyyətli legionerlərin ölkəyə gəlməsinə şərait yaransın, həm də yerli futbolçuların inkişafı əngəllənməsin.
Yararsız legionerlərin transferinə müəyyən məhdudiyyətlər tətbiq olunmalı, keyfiyyətli legioner gətirən klublar üçün stimullar müəyyənləşdirilməlidir.
Eyni zamanda, yerli futbolçuların xaricə transfer olunmasına, milli komandalar üçün futbolçu yetişdirən klublara və akademiyalara xüsusi mükafat fondları ayrılmalıdır.
Belə olan halda, klublar akademiyalara daha ciddi yatırım edəcək, yerli futbolçu yetişdirmək üçün motivasiya qazanacaqlar.
Biz yalnız klub futbolunun deyil, milli komandalarımızın və ümumilikdə Azərbaycan futbolunun inkişafını düşünməliyik.
Çünki güclü futbol sistemi yalnız bir komandanın uğuru ilə deyil, bütün futbol mühitinin inkişafı ilə formalaşır.
MƏNdən demək…

