"Sabah"ın futbolçusu dünya çempionatında çıxış etsə… FOTO

29 May 02:20 Sabah 837
"Sabah"ın futbolçusu dünya çempionatında çıxış etsə… FOTO

Özbəkistan 2026-cı il dünya çempionatında istifadə edəcəyi yeni formasını təqdim edib.

Sportinfo.az xəbər verir ki, forma dəsti 7SABER şirkəti tərəfindən hazırlanıb.

Təqdimat zamanı formanın hazırlanma prosesini əks etdirən maraqlı videoçarx da nümayiş olunub.

2026-cı il dünya çempionatı Özbəkistan millisinin tarixində ilk mundial olacaq. Komanda K qrupunda Portuqaliya, Konqo DR və Kolumbiya ilə mübarizə aparacaq.

Fabio Kannavaro milliyə “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasının və kubokunun qalibi Umarali Raxmonaliyevi də dəvət edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM