Rusiya və Türkiyədən gələn təkliflərə göz atmadı, Azərbaycanda qaldı

28 May 12:40 Sabah 1 474
Rusiya və Türkiyədən gələn təkliflərə göz atmadı, Azərbaycanda qaldı

Stas Pokatilov “Sabah”da qalmaq üçün bir neçə təklifi rədd edib.

Sportinfo.az "Asnews.kz" portalına istinadən xəbər verir ki, qazax qolkiperə bir neçə klubdan real təklif olsa da, o, karyerasına Azərbaycan çempionunun heyətində davam etmək istəyib.

Qazax həmkarlarımızın iddiasına görə, 33 yaşlı qapıçıya “Aktobe”, “Elimai”, "Tobol", eləcə də Rusiya və Türkiyə liqalarından iki komanda təklif irəli sürüb. Lakin o, “Sabah"la müqavilə müddətinin 2027-ci il iyunun 30-na qədər artırıb.

33 yaşlı qapıçı “Akjayik”, “Şaxtyor”(Karaqanda), “Aktobe”, “Rostov”, “Kayrat”, “Tobol” klublarının qapısını qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!