ÇL-i gözə alan “Sabah”ın baş məşqçisinin TRANSFER SİYAHISI

14:40 Sabah 307
ÇL-i gözə alan “Sabah”ın baş məşqçisinin TRANSFER SİYAHISI

“Sabah” bu mövsüm ölkə daxilində, demək olar ki, bütün “imtahanlar”dan uğurla keçdi.

İndi isə əsas məsələ avrokuboklardır.

Çünki bundan əvvəl də ölkə daxilində uğurlu çıxış edən komandalar olub. Lakin onlar avrokuboklarda uğursuz çıxış edərək?

ilkin təsnifat mərhələlərində mübarizəni dayandırıblar. Məhz buna görə də “Sabah”dan gözləntilər böyükdür.

Marafona Çempionlar Liqasından başlayacaqlar. Qitənin ən mötəbər yarışmasına ilk mərhələdən qoşulacaqlar.

Burada əldə olunacaq nəticələr avro-macəranın boyunu və məsafəsini müəyyənləşdirəcək. Ən azı Konfrans Liqasının liqa mərhələsinə yüksəlmək artıq real hədəf kimi görünür.

Heç olmasa, bunun üçün nə etməli? Heyətin güclənqdirilməsi ən böyük şərtdir.

Oldusa, olacaq. Olmasa da ki…

Acımasız fələyin ümidinə qalacaqlar.

Valdas Dambrauskas boş oturana oxşamır. Yəqin ki, baş məşqçi «ehtiyat igidin yaraşığıdır» deyimindən çıxış edərək, transfer siyahısını artıq bir müddət əvvəl rəhbərliyin masasının üzərinə qoyub.

Burada neçə nəfərin adı yer alıb? Bilmirik, sadəcə, təxmin edirik - ən azı, 4-5 legioner.

Etiraf etməliyik ki, Azərbaycan azarkeşini ən çox maraqlandıran məsələ komandalarımızın avrokuboklardakı çıxışıdır.

Təsadüfi deyil ki, “Qarabağ” uzun illər ölkə çempionu ola bilmədiyi dönəmlərdə belə, avrokuboklardakı uğurlu çıxışı sayəsində böyük rəğbət qazanıb.

Qurban Qurbanov da məhz beynəlxalq arenadakı uğurlarına görə dəfələrlə ilin ən yaxşı məşqçisi seçilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti