Dambrauskas millimizin müdafiəçisi bağlı qərarını verdi - Qalır, yoxsa gedir?

17:00 Sabah 207
Dambrauskas millimizin müdafiəçisi bağlı qərarını verdi - Qalır, yoxsa gedir?

Valdas Dambrauskas Rauf Rüstəmlinin ardınca daha bir yerli oyunçuya qapını açıb.

Söhbət "Şamaxı"dan ayrılan Abdulla Rzayevdən gedir.

Müdafiəçi bölgə klubunda icarədə idi.

Yenidən müqavilə ilə məxsus olduğu "Sabah"a qayıdıb.

Litvalı mütəxəssis Rüstəmli kimi onun da yay təlim-məşq toplanışına qatılmasını istəyib.

24 yaşlı müdafiəçi mövsümün birinci yarısını "Turan Tovuz"da icarədə keçirmişdi.

Millimizin üzvü ümumilikdə arxada qalan sezon 20 görüşdə meydana çıxıb və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti