Çempionlar Liqasında sonuncu potensial rəqibini də öyrəndi - "Sabah"

25 May 16:20 Sabah 1 152
Çempionlar Liqasında sonuncu potensial rəqibini də öyrəndi - "Sabah"

“Sabah”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, ölkə çempionunun son potensial rəqibi TNS (Uels) komandasıdır.

Beləliklə, püşkatmada səpələnməmişlər arasında yer alacaq "Sabah" 14 potensial rəqibinin hamısı müəyyənləşib:

"Şemrok Rovers" (İrlandiya), "KuPS" (Finlandiya), "Drita" (Kosovo), "Linkoln" (Cəbəllütariq), "Boraç" (Bosniya və Herseqovina), "Vikinqur" (İslandiya), "Kayrat" (Qazaxıstan), "Universitatya Krayova" (Rumıniya), "Larne" (Şimali İrlandiya), "Riqa" (Latviya), " Klaksvik" (Farer adaları), "Flora" (Estoniya), "Petrokub" (Moldova) və TNS (Uels).

Çempionlar Liqasının birinci seçmə mərhələsinin püşkatması 16 iyunda keçiriləcək və oyunlar 7-8 iyul və 14-15 iyul tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!