"Sabah"ın bu mövsüm parlayan gənc hücumçusu Xəyal Əliyev klubunu dəyişə bilər.
22 yaşlı forvarda yaxşı təkliflər var.
Onun xidmətində həm yerli, həm də bir neçə Avropa təmsilçisi maraqlıdır.
Əliyev də gedişinə isti yanaşır.
İstedadlı oyunçu daha çox oyun zamanı alacağı ünvana üz tutmaq istəyir.
Amma bu heç də asan görünmür.
Millimizin üzvünün "Sabah"la qüvvədə olan müqaviləsi var.
Klub isə onunla ayrılmaq barədə düşünmür. Yalnız ödəniləcək yaxşı təzminat haqqı aradakı problemi çözə bilər.
Xəyal bu mövsüm meydana çıxdığı 32 görüşdə 6 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

