“Bu, “Qarabağ”la müqayisədə hazırkı səviyyəmizi ortaya qoyacaq”

18 Dekabr 2025 09:20 Sabah 691
“Bu, “Qarabağ”la müqayisədə hazırkı səviyyəmizi ortaya qoyacaq”

“Bizi öz meydanımızda bizi çox maraqlı və prinsipial qarşılaşma gözləyir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın hücumçusu Coy-Lens Mikels deyib.

Bu gün Premyer Liqada birinci turdan təxirə salınmış “Sabah” - “Qarabağ” matçı keçiriləcək. “Bank Respublika Arena”da təşkil olunacaq görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

31 yaşlı almaniyalı legioner görüş barədə fikirlərini bölüşüb:

“Qarşıdakı matçda “Qarabağ”la üz-üzə gələcəyik. Bu oyun “Qarabağ”la müqayisədə hazırkı səviyyəmizi ortaya qoyacaq.

Düşünürəm ki, xal qazanmaq, hətta qalib gəlmək üçün real imkanlarımız var. Hər halda hər şey meydanda bəlli olacaq.

Əsas məqsədimiz qış fasiləsinə lider kimi yollanmaqdır. Bu, qarşıya qoyduğumuz əsas hədəfdir.

Məqsədə yaxınıq, lakin bizi hələ iki ağır oyun gözləyir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA