“Fikrimcə, çox keyfiyyətli oyun nümayiş etdirdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın hücumçusu Coy-Lens Mikels bildirib.
O deyib ki, Premyer Liqanın 15-ci turunda “Turan Tovuz”la səfər qarşılaşmasında 3:1 hesablı qələbə qazanmaq kifayət qədər diqqətçəkən nəticədir:
“Həm komanda daxilində, həm də azarkeşlər arasında böyük məmnunluq var. Xal ehtiyatımızı artırmaq bizim üçün sevindirici haldır”.
31 yaşlı legioner oyun keçirilən meydançanın durumuna bu cür münasibət bildirib:
“İdeal səviyyədə deyildi. Ancaq “Turan Tovuz” da eyni şəraitdə çıxış edirdi.
Buna görə bunu heç bir halda bəhanə kimi irəli sürmürük. Hesab edirəm ki, qarşılaşmanı düzgün taktika ilə oynadıq.
Hesabı açdıq və bundan sonra öz oyun üslubumuzu qəbul etdirdik. Əldə olunan nəticədən tam razıyıq”.

