"Qarabağ"ın adını eşidən braziliyalı: "Bu barədə danışmaq tezdir"

19:40 Sabah 185
"Qarabağ"ın adını eşidən braziliyalı: "Bu barədə danışmaq tezdir"

"Sabah"ın uğurlu qrafik yaxalaması turnir cədvəlində vəziyyəti bir xeyli gərginləşdirib.

Xüsusilə çempionluq mübarizəsində xoş mənzərə diqqətdən qaça bilməz.

33 xalla lider olan "Qarabağ"ın ən yaxın izləyicisi 31 xalla "Sabah"dır.

"Tələbələr"in yüksəlişdə olması Ağdam klubu üçün başağrısı ola bilər.

Nəzərə alaq ki, tərəflər 18 dekabr tarixində təxirə salınmış matçda üz-üzə gələcək.

Qələbə Masazır klubunu vahid liderə çevirə bilər.

Bir sözlə, Murad Musayev dönəmindən sonra "Sabah" ilk dəfə çempionluq mübarizəsində bu qədər yaxından iştirak edir.

Amma futbolçular bu söhbətləri yaxın buraxmır.

Məsələn, braziliyalı müdafiəçi İqor Noqeyra kimi.

Sportinfo.az-a açıqlama verən braziliyalı legioner "Qarabağ"la çempionluq mübarizəsində şanslarınızı necə görürsən" sualına ehtiyatlı cavab verməsi ilə yadda qalıb:

"Həqiqətən, bu mövsüm liqa daha çətindir - daha rəqabətli və bütün komandaların daha yaxşı futbol göstərdiyi bir çempionatdır.

İndidən mövsümün sonu barədə danışmaq tezdir. Hazırda hər oyun bizim üçün final dəyərindədir.

Bizim yaxşı komandamız var. İnanıram ki, komanda olaraq mövsümün sonunda yaxşı yerlərdə olacağıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti