“Azərbaycanda ilk qolumu vurdum, həm özümlə, həm də komandamla fəxr edirəm”

01:20 Sabah 84
“Azərbaycanda ilk qolumu vurdum, həm özümlə, həm də komandamla fəxr edirəm”

“Zirvədə olmaq istəyirik. Ümid edirik ki, uzun müddət zirvədə qalacağıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın fransalı legiooneri Akim Zedadka deyib.

30 yaşlı müdafiəçi komandasının Premyer Liqanın XIV turunda “Neftçi” üzərində 2:0 hesablı qələbə qazanması və komandasında ilk qolunu vurmasından danışıb:

“Çox xoşbəxtəm. Çünki çox güclü komandaya qarşı oyunda qələbə qazandıq.

Qol buraxmadıq, ilk qolumu vurdum. Buna görə həm özümlə, həm də komandamla fəxr edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu