Braziliyalı müdafiəçi "Neftçi" ilə bağlı suallardan QAÇMADI

12 Dekabr 23:00 Sabah 212
Braziliyalı müdafiəçi "Neftçi" ilə bağlı suallardan QAÇMADI

"Sabah"ın mbraziliyalı üdafiəçisi İqor Noqeyra Premyer Liqanın 14-cü turunda "Neftçi"yə qalib gəldikləri matçdan (2:0) sonra Sportinfo.az-a müsahibə verib.

- Qələbəni necə şərh edərdin?

- Çox güclü komandaya qarşı vacib qələbə qazandıq. Fikrimcə, bu qələbə gələcək oyunlar üçün bizə əlavə motivasiya verəcək.

- Xüsusilə ikinci yarıda tam üstünlük "Sabah"da oldu. Fasilədə baş məşqçi nəyi dəyişdi?

- Sadəcə, öz oyunumuza köklənmişdik. Əlbəttə, hər zaman olduğu kimi baş məşqçimiz öz tövsiyyələrini verdi. Biz isə meydanda bu tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni elədik. Fikrimcə, yaxşı alındı.

- Rəqibin bu oyunda istənilən səviyyədə çıxış etmədi. Necə düşünürsən, siz yaxşı oynadınız yoxsa rəqibin bu cür zəif oyunu qələbədə əsas rol oynadı?

- Meydana çıxanda diqqətimizi yalnız özümüzün ən yaxşı nə edə biləcəyimizə, maksimum səviyyədə oynamaga yönəldirik. Ona görə də oyunda üstünlüyümüzün başqa amillərlə yox, tam olaraq öz çıxışımız və yanaşmamız sayəsində olduğunu düşünürəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!