“Sabah”ın kapitanı 200 uşaqla görüşdü, onu sorğu-sual etdilər - FOTOLAR

7 Dekabr 18:10 Sabah 192
“Sabah”ın kapitanı 200 uşaqla görüşdü, onu sorğu-sual etdilər - FOTOLAR

“Sabah”ın kapitanı Amin Seydiyev Masazırda yerləşən 5 nömrəli orta məktəbin qonağı olub.

Sportinfo.az xəbər verir ki, məktəblilər futbolçu ilə görüşü böyük maraqla qarşılayıblar.

Tədbirdə 200-ə yaxın məktəbli iştirak edib.

Görüş zamanı uşaqlar Aminlə söhbət edib, ona müxtəlif suallar ünvanlayıblar. Amin Seydiyev söhbət zamanı məktəblilərə öz məsləhətlərini verib.

Sonda şagirdlərə klubun müxtəlif atributları hədiyyə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!