14-cü turun əsas qarşılaşması “Bank Respublika Arena”da gerçəkləşəcək.
Son illərin prinsipial rəqibləri – “Sabah”la “Neftçi” Masazırdakı stadionda münasibətlərinə aydınlıq gətirəcək.
“Tələbələr”in yüksəlişdə olması, “ağ-qaralar”ın əksinə, çətin dönəm keçirməsi oyunun yekun hesabına marağı birə-beş artırır.
Meydan sahibləri növbəti qələbənin arzusundadırsa, paytaxt təmsilçisi “qara zolaq”dan çıxmağa çalışır.
“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev Sportinfo.az-a açıqlamasında qələbə istəyindən söz açıb:
“Neftçi”ylə oyunlarımız həmişə prinsipial keçir. Bu, ikinci derbi sayılır, ona görə də qarşılaşmanın çətin keçəcəyinə şübhə etmirəm.
“İmişli”yə uduzublar, kubokda da mübarizəni dayandırıblar. Ona görə də bizə qarşı başqa cür çıxış edəcəklər,
100 faizi ortaya qoyacaqlar. Həm “Sabah”ın, həm də “Neftçi”nin məqsədi eynidir – avrokuboklara vəsiqə qazanmaq.
Bu səbəbdən şəxsi görüşlərdəki nəticələr böyük önəm daşıyır. Bu cür oyunların taleyini xa rakter, istək və ustalıq keyfiyyətləri həll edir.
Bunlar kimdə üstündürsə, o da qələbə qazanır. Məqsədimiz meydanı 3 xalla tərk edib qələbə seriyasını davam etdirməkdir”.
Dekabrın 8-də “Bank Respublika Arena”da baş tutacaq oyunun start fiti saat 20:00-da çalınacaq.
HƏBİB

