"Sabah"ın sabiq baş məşqçisi burada işləməyə əsas namizəddir

02:40 Sabah 53
"Sabah"ın sabiq baş məşqçisi burada işləməyə əsas namizəddir

“Ural”da (Rusiya) baş məşqçi dəyişikliyi gözlənilir.

Sportinfo.az "legalbet" saytına istinadən xəbər verir ki, Vasili Berezutski komandanın yeni baş məşqçisi vəzifəsinə əsas namizəddir.

Məlumata əsasən, "Sabah"ın 43 yaşlı sabiq baş məşqçisi Miroslav Romaşenkonun yerinə gətirilə bilər və tərəflər təyinatın rəsmiləşməsinə çox yaxındır.

Yekaterinburq təmsilçisi son üç oyunda məğlub olaraq ciddi eniş yaşayıb.

Hazırda “Ural” 41 xalla Birinci Liqada 2-ci pillədə qərarlaşıb. Komandanın lider “Fakel”dən geri qalması 7 xaldır.

Berezutski 2024/25 mövsümündə "Sabah"ın baş məşqçisi olub. Onun rəhbərliyi altında bu komanda tarixində ilk dəfə Azərbaycan kubokunu qazanıb.

Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?