Abdulla Xeybulayev Ayxan Abbasovun gəlişindən sonra milli komandamızın əsas oyunçularından birinə çevrilməyi bacardı.
Xüsusilə əzmkar mübarizəsi, meydanda ortaya qoyduğu xarakteri azarkeşlər tərəfindən də müsbət qarşılandı.
Amma 24 yaşlı yarımmüdafiəçi ilə bağlı xoş sözləri klubundakı çıxışına görə demək olmaz.
Ölkənin bir nömrəli komandasından fərqli olaraq Abdulla "Sabah"da daha çox ehtiyatda qalır.
Maraqlıdır, millidə olduğu kimi klubda da eyni statusda olmağına nə mane olur?
Orta sahə oyunçusu Sportinfo.az-a açıqlamasında bunları dedi:
"Millidə çıxış etmək hər bir futbolçu üçün şərəfdir. Amma yığmaya gedən yol klubdan keçir.
Milliyə klubumda özümü göstərə bildiyimə görə dəvət almışam. Əlbəttə, "Sabah" kimi klubda əsas heyət uğrunda rəqabət çox güclü olur.
Ona görə, bəzi matçlarda kənarda qalmağım başadüşüləndir. Mən futbolçuyam, mənim işim məşqlərdə var qüvvəmlə mübarizə apararaq məşqçilərin diqqətini çəkib heyətdə yer almaqdır".
XANOĞLAN

