AFFA “Sabah”a xəbərdarlıq edib.
Sportinfo.az xəbər verir ki, buna səbəb Premyer Liqanın 12-ci turunda “Şamaxı” ilə matçda tamaşaçılar tərəfindən gətirilmiş, lakin gətirilməsi qadağan olunmamış əşyaların stadiona buraxılmamasıdır.
Federasiya əşyalara qadağa qoyan Masazır klubunu eyni hal təkrar olunacağı halda cəzalandıracaq.
“Sabah” – “Şamaxı” oyununda meydan sahibləri stadiona təhlükəsizliyə təhdid yaratmayan ərzaqlar gətirdiyi halda onları stadiona buraxmamışdı. Bu da azarkeşlərin etirazına səbəb olmuşdu.

