Premyer Liqa klubu bu qadağanı niyə qoyub?

02:00 Sabah 83
Premyer Liqa klubu bu qadağanı niyə qoyub?

“Sabah” ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da azarkeşlərin su və qida gətirməsinə qoyulan qadağaya aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov cavab verib.

“Stadiona kənardan qida məhsullarının buraxılmaması yeni qərar deyil. Bu qaydalar bir neçə ildir ki, avrokuboklarda tətbiq olunan standartlara uyğun şəkildə həm ölkə çempionatında, həm də digər rəsmi oyunlarda qüvvədədir. Bu barədə rəsmi sosial şəbəkə səhifələrimiz vasitəsilə dəfələrlə məlumat paylaşmışıq və oyunlara mütəmadi gələn azarkeşlər qaydalarla tanışdırlar. Oxşar tələblər bir çox ölkələrin stadionlarında da mövcuddur.

Eyni zamanda qeyd edək ki, stadionun daxilində su və bəzi qida məhsullarının satışı təmin olunur. İsti havalarda isə azarkeşlərin rahatlığı üçün stadion ərazisində pulsuz su paylanması təşkil edilir”, - deyə Həmidov bildirib.

"Sabah” – “Şamaxı” (0:0) oyunundan əvvəl azarkeşlərin stadiona su və qida keçirməsinə icazə verilməyib. Azarkeşlər onları stadionun girişində qoyub getməyə məcbur olublar. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR
24 Noyabr 02:40 "Hədəflərim böyükdür"