Valdas Dambrauskas: "0:0 hesabını ədalətli nəticə hesab etmək olar"

18:30 Sabah 107
Valdas Dambrauskas: "0:0 hesabını ədalətli nəticə hesab etmək olar"

"Milli komandalarla bağlı yaranmış 2 həftəlik fasilə oyun ritmimizə böyük təsir etdi. Çox çətin oyun oldu. Birinci hissəyə yaxşı başlamadıq. Rəqibin də çox maraqlı oyun planı var idi. Daha çox meydançada birə-bir oynamağa çalışırdılar. Fiziki cəhətdən yaxşı komandadır. Bu gün rəqib əvvəlki matçlara nisbətən daha çox müdafiə olundu. İlk 20-25 dəqiqə daha təhlükəli idilər, bizi cəzalandıra bilərdilər. Amma ikinci hissədə üstünlük bizdə oldu. Yarımmüdafiə xəttini gücləndirdik və nəzarəti ələ aldıq. Ən böyük problemlərimiz üçüncü zonada idi. Son ötürmələr çatmırdı. İkinci hissə çox yaxşı oynamağımıza baxmayaraq, qol vura bilmədik. Bir topumuz dirəyə dəydi. 0:0 hesabını ədalətli nəticə hesab etmək olar. Daha artığını etməliyik. Bu matçı unutmalı və qarşıdakı matçlara hazırlaşmalı, səhvlərimizi düzəltməliyik. Qarşıdakı matçda daha yaxşı olmalıyıq. Bizim kimi iddialı komandanın qapıya 6 zərbə endirməsi o qədər də çox deyil".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 12-ci turunun "Şamaxı" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Komandanın hücumdakı problemləri aradan qaldıra bilməməsi nə ilə əlaqədardır?

- Biz çalışırıq ki, hər oyun hücum futbolu sərgiləyək. Amma rəqiblərə qarşı bəzən alınır, bəzən alınmır. Rəqiblər də bizi təhlil edirlər. Bizim oyun prinsipimiz həmişə eynidir. Hər oyun eyni qaydada oynamaq olmur. Bəzən istədiklərin alınır, bəzən yox. Hücumda bu gün ötürmələrdə problemlər yaşadıq. Simiçin, Lepinitsanın epizodları oldu. Rəqib də "yatmır", onlar da mübarizə aparır. Bu gün “Şamaxı” inadkarlıqla mübarizə apardı. Epizodlarımızdan yararlana bilmədik.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!