Üç ildir Azərbaycanda çıxış edən əcnəbinin “qələmi qırıldı”

14:40 Sabah 264
Üç ildir Azərbaycanda çıxış edən əcnəbinin “qələmi qırıldı”

«Sabah»ın baş məşqçisi Valdam Dambrauskas daha bir futbolçunun adını «qara siyahı»ya daxil edib.

Litvalı çalışdırıcı bu dəfə Boyan Letiçdən «yapışıb».

Baltikalı mütəxəssis 2022-ci ildən komandanın sıralarında yer alan bosniya və herseqovinalı cinah müdafiəçidən gözünü çəkib.

Buna səbəb balkanlı legionerin davamlı olaraq zədələnməsidir. Dambrauskas 32 yaşlı Letiçin sağlam rəqabətə dözməyəcəyi qənaətindədir.

Ayaz Quliyev də gələn ayın sonunda "Sabah"dan ayrıla bilər. Rusiyada dünyaya gəlmiş azərbaycanlı yarımmüdafiəçi Valdas Dambrauskasın növbəti planlarında yer almır.

Yayda görəvə gəlmiş baş məşqçi orta sahə oyunçusunun xidmətində maraqlı olmadığı haqda idarəçilərə mesaj verib.

Litvalı mütəxəssis Quliyevin sürət cəhətdən axsamasına diqqət çəkib, davamlı hərəkət etməyə meyl salmadığını vurğulayıb.

Quliyev 2023-cü ilin avqustunda “Ximki”dən transfer edilib. Onunla 3 illik müqavilə bağlanıb.

"Sabah”da 8 nömrəli formanı geyinən Ayazın kontraktı mövsümün sonunda başa çatacaq.

"Spartak”ın (Moskva) yetirməsi karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki”də (2022-2023) çıxış edib.

Rusiyanın aşağı yaş qruplarından ibarət millilərinin üzvü olub. İlyarım isə Azərbaycan pasportu alıb.

Ayaz bura gələndən özünü isbatlaya bilməyib. Bir müddət zədədən əziyyət çəkib, əsas heyətdən kənarda qalıb.

Dambrauskas da ona bir elə bel bağlamır. Yarımmüdafiəçi vaxtının çoxunu ehtiyat skamyada əyləşməklə keçirir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti