Azərbaycan klubunun Messi paylaşımı ARANI QATDI - FOTOLAR

22:20 Sabah 255
Azərbaycan klubunun Messi paylaşımı ARANI QATDI - FOTOLAR

"Sabah" klubu feysbuk hesabından Messi ilə bağlı paylaşım edib.

"Tələblər" dünya ulduzunun yer aldığı postu "Messi, "Bank Respublika Arena"ya xoş gəlmisən" başlığı ilə izləyiciləri üçün bölüşüb.

Təbii ki, fotolardan da aydın görünür ki, məqsəd diqqət çəkmək, üzlərə gülüş gətirməkdir.

Argentinalı bir neçə gün əvvəl uzun illər top qovduğu, yenilənən "Camp Nou"da olmuşdu.

Fotoların əsli orada çəkilib.

Sadəcə ardınca trend olub və bir çox Avropa klubları bənzər paylaşımlar edib.

Masazır klubu trenddən geri qalmamaq yolunu seçib.

Amma əksəriyyət tərəfdən post birmənalı qarşılanmayıb, neqativ rəylər yazıb.

Əlbəttə, Fariz Eli kimi "Sabah ölkədə ən güclü sosial mediya idarə edən klubdu. Sadəcə siz başa düşməmisiniz. Azarkeşlərin mizah səviyyəsi aşağıdır" məzmunda rəy yazanlar da az olmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti