Azərbaycanda qol vurdu, xanımına həsr etdi: “O, ikinci övladımıza hamilədir”

13:40 Sabah 117
Azərbaycanda qol vurdu, xanımına həsr etdi: “O, ikinci övladımıza hamilədir”

Premyer Liqanın 11-ci turunda “Kəpəz”lə keçirilən səfər oyunu “Sabah”ın futbolçusu İqor Noqeyra üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçda son nöqtəni qoyan braziliyalı müdafiəçi “Sabah”ın tarixində 300-cü qolun müəllifi olub.

30 yaşlı oyunçu ölkəsinin mətbuatına açıqlamasında təəssüratlarını bölüşüb:

“Bu qələbəyə görə və klub tarixində xüsusi qol vurduğum üçün çox xoşbəxtəm. Qolu həyat yoldaşıma həsr etmək istədim, çünki o, i

kinci övladımıza hamilədir. Bu, mənim üçün meydanda və meydandan kənarda xüsusi an idi”.

Noqeyra bu mövsüm çempionluq qazanmaq arzusuda olduqlarını gizlətməyib:

“İndi milli komandaların oyunları ilə bağlı fasilə olacaq. Bu müddətdə daha yaxşı hazırlaşmaq istəyirik ki, qayıdanda daha güclü olaq və cədvəlin üst hissəsində mübarizəni davam etdirək.

Klubdakı ilk mövsümdə ölkə kubokunu qazandıq. Bəlkə də ikinci mövsümdə liqanı qazanarıq.

Burada tariximizi yazmaq üçün çalışırıq və bunu iş və təvazökarlıqla edəcəyik”.

“Sabah” hazırda 21 xalla üçüncü pillədə qərarlaşır. Bakılılar növbəti oyununu noyabrın 23-də “Şamaxı”ya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti