“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci təsnifat mərhələsinin cavab matçında Fransadan “Nant” ilə qarşılaşıb.
Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
Masazırlı gənclərin səfərdəki ilk görüşdə 0:5 hesabıyla uduzmasını da xatırladaq.
"Sabah" (Azərbaycan) - "Nant" (Fransa) 1:2
Qollar: Anar Hüseynov, 88, Dabo, 17-pen.; 76-pen.
Hakimlər: Danilo Nikoliç, Yovan Qruiç, Aleksandr Qovedaroviç (hamısı Serbiya), Tural Qurbanov (Azərbaycan).
Masazır. "Bank Respublika Arena".

