Ayaz Quliyev gələn ayın sonunda "Sabah"dan ayrıla bilər.
Rusiyada dünyaya gəlmiş azərbaycanlı yarımmüdafiəçi Valdas Dambrauskasın növbəti planlarında yer almır.
Yayda görəvə gəlmiş baş məşqçi orta sahə oyunçusunun xidmətində maraqlı olmadığı haqda idarəçilərə mesaj verib.
Litvalı mütəxəssis Quliyevin sürət cəhətdən axsamasına diqqət çəkib, davamlı hərəkət etməyə meyl salmadığını vurğulayıb.
Quliyev 2023-cü ilin avqustunda
“Ximki”dən transfer edilib. Onunla 3 illik müqavilə bağlanıb. "Sabah”da 8 nömrəli formanı geyinən Ayazın kontraktı mövsümün sonunda başa çatacaq.
“Spartak”ın (Moskva) yetirməsi karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki”də (2022-2023) çıxış edib.
Rusiyanın aşağı yaş qruplarından ibarət millilərinin üzvü olub. İlyarım isə Azərbaycan pasportu alıb.
Ayaz bura gələndən özünü isbatlaya bilməyib. Bir müddət zədədən əziyyət çəkib, əsas heyətdən kənarda qalıb.
Dambrauskas da ona bir elə bel bağlamır. Yarımmüdafiəçi vaxtının çoxunu ehtiyat skamyada əyləşməklə keçirir.
SPORTİNFO.AZ

