Doğrudanmı, hakimlər "Sabah"a kömək edir? - VİDEO

3 Noyabr 11:40 Sabah 736
Doğrudanmı, hakimlər "Sabah"a kömək edir? - VİDEO

«Mən hakimlərin «Sabah»a kömək etməsi fikriylə razı deyiləm».

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Araz-Naxçıvan»ın baş məşqçisi Elmar Baxşıyevin fikirlərinə münasibət bildirib.

Tanınmış teleşərhçi «ağ-qırmızılar»ın çalışdırıcısının «fit sahibləri»nin Premyer Liqada 2-3 komandaya kömək etməsi yönündə səsləndirdiyi iddianı doğru saymadığını deyib.

Onun qənaətinə görə, «ədalət təmsilçiləri» Masazır təmsilçisinin əleyhinə dəfələrlə yanlış qərarlarla yadda qalıb.

Abbasov buna dair bir neçə fakt sadalayıb.

Qeyd edib ki, söz-söhbətlər «Sabah»ın idarəçilərinin AFFA rəhbərliyində təmsil olunmasıyla əlaqədardır, lakin hakimlərlə əlaqəli rəy tamamilə əsassızdır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu