"Qarabağ"ın 500 min dollar xərclədiyi oyunçudan XOŞ XƏBƏR VAR!

2 Noyabr 17:45 Sabah 1 505
"Qarabağ"ın 500 min dollar xərclədiyi oyunçudan XOŞ XƏBƏR VAR!

Millimizin üzvü Aleksey İsayevdən xoş xəbər var.

"Sabah"ın yarımmüdafiəçisi uzunmüddətli zədədən qayıdıb.

29 yaşlı orta sahə oyunçusu artıq komanda məşqlərində iştirak edir.

Qalır Valdas Dambrauskasın ona nə vaxt şans verəcəyi.

Əlbəttə, bunun üçün İsayevin idman formasını tam bərpa etməsi lazımdır.

Təcrübəli oyunçu 2024-cü ilin yanvarında 500 min dollar qarşılığında "Sabah"dan "Qarabağ"a transfer edilmişdi.

Ümidləri doğrultmayınca bu ilin sentyabrında yenidən "Qarabağ"dan "Sabah"a qayıdıb.

O, 2020-2024-cü illər aralığında Masazır təmsilçisinin üzvü olub. 29 yaşlı futbolçu “Sabah”da ümumilikdə 108 oyun keçirib, 12 qol vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:00 Çək və bizə göndər!