
"Sabah"ın qapıçısı Stas Pokatilov Avropa Liqası 1-ci təsnifat mərhələsinin "Çelye" ilə ilk oyununda öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportinfo.az qazaxıstanlı qolkperin fikirlərini diqqətinizə çatdırır:
- Azərbaycanda futbol ilinin başlaması münasibətilə hər birinizi təbrik edirəm. Səbirsizliklə oyunu gözləyirik. Rəqibin güclü və zəif tərəflərini öyrənirik. "Çelye" güclü rəqibdir. Şanslar bərabərdir. Hamımız hazırıq. İlk matçda əla futbol göstərməyə çalışacağıq.
- Sizi komandaya Vasili Berezutski gərtirmişdi. Onun gedişindən sonra komandada ab-hava necədir?
- Əvvəlki məşqçi heyətimizə təşəkkür edirəm. Onlarla bərabər tarix yazdıq, ilk titulumuzu qazandıq. Yeni baş məşqçimizin oyun tərzi, qapıçılardan tələbi çox xoşuma gəlir. "Çelye" ilə oyunu səbirsizliklə gözləyirik.