Azərbaycandakı vəziyyətindən söz açdı: "Yavaş-yavaş yerimi qazanıram”

6 İyul 19:25 Sabah 365
Azərbaycandakı vəziyyətindən söz açdı:  "Yavaş-yavaş yerimi qazanıram”

"Məqsədimiz Avropa Liqasında əsas mərhələyə yüksəlməkdir".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın legioneri Andrey Santos Braziliyanın "Lance" portalına açıqlamasında deyib.

Braziliyalı müdafiəçi öz üzərində daim çalışdığını bildirib.

Onun sözlərinə görə, Bakı klubuna gəldikdən sonra da məşqlərini səylə davam etdirir:

"Yavaş-yavaş heyətdə yerimi qazanıram. Amma tam fədakarlıq və təvazökarlıqla işləməyə davam edəcəm".

O, "Sabah"dakı hədəflərini də açıqlayıb:

"Keyfiyyətli və güclü komandamız var. Təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarında çox yaxşı çıxış etdik. Məqsədimiz Avropa Liqasında bacardıqca irəli getməkdir".

Ötən mövsüm Bakı klubunun əvəzedicilərində oynayan 20 yaşlı futbolçu artıq əsas heyətə cəlb edilib. Santos klubun Avstriyadakı təlim-məşq toplanışında da komanda ilə olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ