"Sabah” – “Çelye”: Mətbuat konfransları və açıq məşqlərinin vaxtı

6 İyul 02:20 Sabah 447
"Sabah” – “Çelye”: Mətbuat konfransları və açıq məşqlərinin vaxtı

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Çelye” matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın mətbuat konfransı iyulun 8-də, saat 18:00-da, ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 19:00-da başlayacaq.

Rəqib komandanın mətbuat konfransı iyulun 9-da, saat 18:30-da keçiriləcək. Ardınca isə saat 19:00-da ilk 15 dəqiqəsi media üçün açıq olan məşq baş tutacaq.

Həm mətbuat konfransları, həm də məşqlər “Bank Respublika Arena”da təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!