“Sabah” avro-bazarı açdı

27 İyun 2025 02:30 Sabah 985
“Sabah” avro-bazarı açdı

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – "Selye" (Sloveniya) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan kubokunun sahibinin ilk oyununu stadiondan canlı izləmək istəyənlər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.

Qarşıdakı günlərdə "Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanacaq.

Biletlərin qiyməti 2-5 manat arasında dəyişir.

“Sabah” – "Selye" matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA