“Neftçi”, “Bakı”, indi də “Sabah” bu ada şərik çıxdı

18 Mart 01:50 Sabah 538
“Neftçi”, “Bakı”, indi də “Sabah” bu ada şərik çıxdı

“Sabah” Premyer Liqanın 2024/25 mövsümündə 14-cü heç-heçəsini edib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, bu, XXVII turun “Zirə” ilə görüşünə təsadüf edib – 1:1.

Bununla da ölkə çempionatları tarixinin rekordu təkrarlanıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına şərik çıxıb.

Bunadək üç dəfə eyni klub 14 sülhə imza atıb. 2009/10 mövsümündə “Neftçi”, üç il sonra “Bakı”32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/21 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib.

Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir sülhlə “Sabah” mütləq rekordun müəllifi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”