COP29

Futbolçularım "Qarabağ"a qarşı aslanlar kimi döyüşdülər" - Renduliç

14 Aprel 22:25 Sabah 656
Futbolçularım "Qarabağ"a qarşı aslanlar kimi döyüşdülər" - Renduliç

"Sabah" Azərbaycan Premyer Liqasının 30-cu turunda öz meydanında "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Onların hər biri ilə fəxr edirəm. Bu gün möhtərəm mübarizə apardılar. Meydanda aslanlar kimi döyüşdülər. Belə davam etsək, hər komandaya qalib gələ bilərik. Bilirdik ki, "Qarabağ" çox yaxşı komandadır. Bu qələbəyə layiq idik. Bu gün qələbəni qeyd edib sabahdan etibarən növbəti oyuna hazırlaşacağıq.

- "Qarabağ"a qarşı oyun planınız nədən ibarət idi?

- "Qarabağ" Azərbaycanın ən yaxşısıdır. İstəyirdik ki, xətlər arasında əlaqə sıx olsun. İlk 15-20 dəqiqədə bunu istədiyimiz kimi edə bilmədik. Mərkəzdə boşluq verdik. Rəqib də bundan istifadə edirdi. Amma sonradan düzgün oynamağa başladıq.

- Oyundan sonra komandanızda böyük sevinc var idi. Bu, "Qarabağ"ı məğlub etməklə bağlıdır?

- Deməzdim ki, "Qarabağ"ı məğlub etdiyimizə görə belə sevinirdik. Onları udduğumuza görə 5-6 xal vermirlər. Oyunçularımız bu gün mükəmməl çıxış etdilər. Buna görə belə sevindim.

- Anatoli Nuriyevin performansını necə dəyərləndirirsiz?

- Oyuna start heyətində başlamaqlə sonradan meydana çıxmaq arasında fərq var. Anatoli "Turan Tovuz"la oyundan öncə 10-a yaxın məşqi buraxmışdı. Amma bu gün yaxşı çıxış etdiyini deyə bilərəm.

Digər Xəbərlər
Xəbər Lenti