Yeni baş məşqçi bu hücumçulardan İMTİNA EDƏCƏK!

31 Mart 14:00 Sabah 929
Yeni baş məşqçi bu hücumçulardan İMTİNA EDƏCƏK!

Krunoslav Randuliç «Sabah»da üçüncü matçını keçirdi.

İki qələbənin ardını gətirmək yeni baş məşqçiyə çox vacib idi.

O «nəsə» yenə çatmadı. «Nəsə» dediyimiz gözəl oyun deyil.

«Sabah» Masazırda həqiqətən baxımlı futbol sərgilədi. Hissələr arasında fərq qoymadan.

Bəzən belə olur, oynayırsan, dayanmadan hücumlar təşkil edirsən, axırda da meydandan dilxor halda ayrılırsan.

Bunun üçün gərək qol vurasan. Futbolun bəzəyidir də bu. Təsəvvür elə, üzük almısan, qaşı yox. Nə qiyməti olacaq onun?

«Sabah»da üzüyün qaşı ola biləcək futbolçuların sayı nə çoxdur, nə də az. Kaşuk və Mikels ötən ilin yayında Azərbaycanı tərk eləməsəydi, Murad Musayev bu gün də burada idi hələ.

Yeni baş məşqçi isə düşərgədə qalanlar içərisində Sekidika ilə Volkova daha çox güvənir.

Xorvatiyalının 60-cı dəqiqədən sonra meydana buraxdıqları oyunçular var a, açığı, bəndəniz «Sabah» rəhbərliyinin onlarla mayda bir daha dəyirmi massa arxasına əyləşəcəyinə inanmır.

Musayevin əvəzləyicisinin Belfodil, Apeh və o birilərlə vidalaşacağını iddia edirəm.

Randuliç bu adların yerinə daha çevik, daha tempramentli hücumçu alınmasını istəməsə, demək mən futboldan heç nə bilmirəm.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU